ABŞ Kəşfiyyatının rəhbəri Qarabağda təhlükə görür-Gərginləşmə

ABŞ Kəşfiyyatının rəhbəri Qarabağda təhlükə görür-Gərginləşmə
James Clapper: "2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşməsi ehtimalı var"

ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru James Clapper özünün illik hesabatında qeyd edib ki, 2015-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginlik yüksək səviyyədə qalıb.

"Bakının fasiləsiz silahlanması iqtisadi vəziyyətin pisləşməsi ilə birlikdə 2016-cı ildə münaqişənin kəskinləşməsi ehtimalını artırır.

Azərbaycanın Dağlıq Qarabağla bağlı tələbləri açıq şəkildə rədd etməsi, habelə Ermənistanın nəzarətində saxladığı əraziləri geri qaytarmaq istəməməsi əvvəlki kimi dinc yolla nizamlama imkanını çətinləşdirəcək," - deyə James Clapper qeyd edib. 

Miq.az azadliq.org-a istinadən verrdiyi məlumata görə, Clapper Gürcüstandakı vəziyyətlə bağlı bildirib ki, Rusiya təbliğatının artması şəraitində Tbilisi Avroatlantika inteqrasiyasına yönəlmiş səylərini gücləndirməlidir.

Onun sözlərinə görə, Rusiya Tbilisiyə təzyiqini daha da artıracaq. O bildirib ki, Gürcüstanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin daha da sıxlaşması bu nəticəyə gəlməyə əsas verir.

Hesabatın Ukraynaya dair hissəsi ilə bağlı James Clapper deyib ki, 2016-cı ildə Minsk müqaviləsinin müddətinin uzadılması vacibdir.

Onun dəyərləndirməsinə görə, Ukrayna öz Konstitusiyasına dəyişikliklər etməklə ciddi problemlərə müqavimət göstərməyə davam etməlidir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az