ABŞ nümayəndələri Suriya ilə bağlı Ankaraya gəlir

ABŞ nümayəndələri Suriya ilə bağlı Ankaraya gəlir
ABŞ Prezidenti Donald Trampın Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Türkiyənin paytaxtı Ankaraya gəlişi gözlənilir.

Miq.Az "CNN Türk”ə istinadən xəbər verir ki, hər iki nümayəndənin bu gün gecə saatlarında eyni təyyarədə Türkiyə paytaxtına çatacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi K.Kraft ölkəsinin İdlib məsələsində Türkiyəyə dəstək olduğunu vurğulayıb: "Hərbçilərinin həlak olması ilə nəticələnən hücumlara qarşılıq vermə məsələsində Türkiyəyə dəstəyimiz tamdır”. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az