ABŞ qitələrarası raketini anbardan çıxardı – “Rusiyaya demişik”

ABŞ qitələrarası raketini anbardan çıxardı – “Rusiyaya demişik”
ABŞ ordusu "Minuteman III” nüvə silahı daşıya bilən qitələrarası ballistik raketini sınaqdan keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder bildirib.

"ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı Kaliforniyadakı Vandenberq bazasında silahsız "Minuteman III” qitələrarası ballistik raketinin əməliyyat sınağını keçirəcək. Bu, rutin sınaqdır və əvvəlki sınaqlara uyğun olaraq bu buraxılış sözügedən sistemin səmərəliliyini və hazırlığını təsdiq edəcək”, - Pentaqon sözçüsü vurğulayıb.

Rayder sınaqların bu gün başlayacağını söyləyib.

Onun sözlərinə görə, standart prosedurlara uyğun olaraq, ABŞ müqavilə öhdəlikləri çərçivəsində Rusiya hökumətini bu buraxılış barədə əvvəlcədən məlumatlandırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az