İnternetdə "Jurnalist üçün Airbnb" yaradılıb
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "lenta.ru" saytına istinadla xəbər verir ki, yeni servis vasitəsilə
kütləvi informasiya vasitələrində çalışan jurnalistlər bütün dünya üzrə
əməkdaşlıq əlaqələri qura bilərlər. Bu platforma hadisə yerində olan
ştatdankənar müxbirlərin, fotoqrafların, video operatorların
redaktorlarla əlaqəsini yaradır. Servis müxtəlif mövzulara dair
ekspertləri tapmağa imkan verir. Layihə hazırda eksperimental rejimdə
işləyir. İlkin mərhələdə proqrama daha çox redaksiyaların və
jurnalistlərin cəlb olunması planlaşdırılır. Hələ ki, yeni xidmət işçi
qrup tərəfindən maliyyələşir. Sonraki mərhələdə bu proqrama
sərmayədarlar cəlb olunacaq. Hazırda bu xidmətdən Rusiya və Ukraynada
istifadə olunur. Gələcəkdə layihə üzrə işlər İranda və ABŞ-da davam
etdiriləcək. Qeydiyyat "Facebook" və "Tvitter" sosial şəbəkələri
vasitəsilə aparılır. İşçi qrupun məlumatına görə, proqram daha da
təkmilləşdirilir. Resursu HackPack.press. ünvanından əldə etmək
mümkündür