ABŞ təyyarələri Rusiya səmasında
ABŞ, Fransa və Ukraynadan olan mütəxəssislər C-130 H tipli təyyarə ilə Rusiya hava məkanında müşahidə uçuşlarına başlayıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov ictimaiyyətə məlumat verib.
O, müşahidə uçuşlarının sentyabrın 4-dək davam edəcəyini bildirib.
Qeyd edək ki, uçuşlar 1992-ci il Helsinkidə imzalanan "Açıq səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirilir. Bu müqavilə üzv dövlətlərə bir-birlərinin hava məkanında müşahidə uçuşlarının aparılması imkanını verir.