ABŞ-Türkiyə böhranı böyüyür - Detallar
Türkiyənin Baş naziri Binəli Yıldırımla ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında keçən görüşün detalları məlum olub.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə baş nazirin Dunforda "Əgər Fətullah Gülən bizə təhvil verilməsə, Ankara-Vaşinqton arasında çox ciddi problemlər yarana bilər. Biz ABŞ-dan hərbi çevrilişə, Gülənə qarşı daha radikal mövqe gözləyirdik”, - dediyi bildirilir.
Görüş zamanı Yıldırım həmçinin PYD ilə PKK-nın işbirliyini diqqət çatdırıb və qeyd edib ki, bu məsələdə ABŞ Türkiyənin yanında olmalıdır.
Miq.az