ABŞ Türkiyəni Kremllə yaxınlaşmaqdan çəkindirdi - Obrayen

ABŞ Türkiyəni Kremllə yaxınlaşmaqdan çəkindirdi - Obrayen
ABŞ və Türkiyə NATO gəmilərinin Qara dənizdə iştirakı ilə bağlı məsləhətləşmələr aparır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Senatın Xarici İşlər Komitəsində dinləmələrdə çıxış edərkən deyib.

"Bu, türk müttəfiqlərimizlə daimi müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə girişinə nəzarət edir”, - o bildirib.

O, Vaşinqtonun Ankaranı enerji sahəsində Moskva ilə əməkdaşlığı gücləndirməkdən çəkindirdiyini iddia edib. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az