Abşeronda yanğın — 25 nəfər təxliyə olundu

Abşeronda yanğın — 25 nəfər təxliyə olundu
Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib.

Miq.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin 1 otağının  yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanıb.  Yanğın zamanı  yanğınsöndürənlər tərəfindən 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az