Ağcabədidə Vətən Müharibəsi iştirakçısı özünü yandırıb

Ağcabədidə Vətən Müharibəsi iştirakçısı özünü yandırıb

Ağcabədi rayon sakini özünü yandırıb.

25 yaşlı Cavid Ələsgərov ailədaxili məsələlərlə bağlı özünü yandıraraq intihara cəhd edib.

O, ağır vəziyyətdə Ağcabədi rayon Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, Ağcabədi rayonunda 1997-ci il təvəllüdlü, rayon sakini Cavid Ələsgərov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özünü yandırıb. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Cavid Ələsgərov Vətən Müharibəsinin iştirakçısı olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az