Ağır döyüşlər başladı – Ruslar bu şəhərə hücuma keçdilər

Ağır döyüşlər başladı – Ruslar bu şəhərə hücuma keçdilər

Rusiya qoşunları Lisiçansk şəhərinə hücuma keçib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

"Vovçoyarivka ilə neft emalı zavodu arasında döyüşlər gedir. İşğalçılar şəhəri bu tərəfdən bağlamağa və Donetsk vilayəti ilə nəqliyyat əlaqəsini ələ keçirməyə çalışırlar”, - Qayday bildirib.

Rus ordusunun şəhəri dağıtmaqda davam etdiyinə də diqqət çəkilib. Qaydayın sözlərinə görə, biri Novodrujeskdə yerləşən üç nasos stansiyası məqsədli şəkildə atəşə tutulub, iki körpü və avtomobil tuneli dağıdılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az