Airbus şirkəti ilə Rus Kosmik Sistemləri şirkəti arasında müqavilə imzalanıb

Airbus şirkəti ilə Rus Kosmik Sistemləri şirkəti arasında müqavilə imzalanıb

Dünəndən etibarən Rusiyanın paytaxtı Moskvada keçirilən Aviasiya və MAKS-2015 kosmik sərgisində ilk gündən razılaşmalar əldə edilib. Airbus Müdafiə və Kosmik şirkəti peyklər üçün avadanlıq istehsal edilməsində Rus Kosmik Sistemləri şirkəti ilə müqavilə imzalayıb.

Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC  "ulasimonline.com” saytına istinadla xəbər verir ki, Rus Kosmik Sistemləri şirkətinin başçısı Andrey Tyulin Rusiyada peyklər üçün avadanlıq istehsalı ilə bağlı razılaşma əldə edildiyini bildirib. Qeyd edib ki, onların Airbus şirkəti ilə kosmik modullar və radiotexniki sistemlərin hazırlanıb istehsal edilməsi sahəsində ortaq proqramı var.

A.Tyulin, həmçinin onu da vurğulayıb ki, Airbus şirkəti istehsal sahələrini araşdırmaq üçün Moskvaya xüsusi heyət göndərəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az