Alimdən azərbaycanlıların kimlik soyadıyla bağlı "Can" TƏKLİFİ

Alimdən azərbaycanlıların kimlik soyadıyla bağlı


Artıq bir-birimizə can deməyin vaxtı çoxdan çatıb: "Can” soyad sonluğuna keçək”

"...Çoxdandır ki, ürəyimdə bu fikri gəzdirirəm. Amma çox xahiş edirəm, gülüş obyektinə çevirməyəsiniz. Biz azərbaycanlıların kimlik soyadımızla bağlı həmişə axtarışlar aparmışam.Soyadlarım milliləşdirilməsi ilə bağlı yanaşma birmənalı deyil. "Ov”, "yev” kimi soyadların dəyişdirilərək milliləşdirilməsi, "li”, "zadə” ilə əvəz edilməsi artıq bir neçə ildir ki, var. Amma bəzi hallarda insanlar buna maraq göstərmir, bəzi hallarda isə soyadların dəyişdirilməsində olan çətinliklər adamları bu fikirdən daşındırır. Soyad sonluqları ilə bağlı müxtəlif təkliflər də səslənir”.

Miq.Az xəbər verir ki, belə təkliflərdən birini də AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov səsləndirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov bildirib ki, biz azərbaycanlıların kimlik soyadı ilə bağlı həmişə axtarışlar aparıb:

""Zadə" soyad sonluğu bizə qabırğa olan digər millətlərdə də olduğundan əlverişli hesab etmirik. Eləcə də "ov", "yev" soyad sonluqları da bizimki deyil. "Lı, li, lu, lü" şəkilçiləri də məntiqə uyğun mahiyyət ortaya qoymur. Vaxtilə başqa təklifim də olmuşdu, ("az" soyad sonluğu) amma həmin təklifi başqası oğurluq edərək öz adına çıxmışdı. Həmən də gülüş obyektinə çevrildi, çünki halallığı yox idi. Necə istəyirsinizsə, elə də qəbul edin: "Can" - soyad sonluğu necədir? Yaxud, "Canlı"! Həm də Azərbaycan adıyla xüsusi bir harmoniya təşkil edir.  Məsələn, Fərəməz Məmmədcan, yaxud Məmmədcanlı; Malik Hüseyincan, yaxud Hüseyincanlı!  və s. Məncə, ellikcə belə soyadlara sahiblənməyin artıq vaxtıdır”.

Ş.Bağırov onu da xüsusi olaraq qeyd edib ki, ermənilər bizim "Can"ı-da oğurlayıblar. Bir-birlərinə hələ bir "axbercan" da deyirlər. Onu da qaytarmaq lazımdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az