Ağlınıza da gəlməzdi ki, gavalının orqanizm üçün 10 faydalı xüsusiyyəti var... - MARAQLI
Bir belə meyvədə 76 kilokalori var...
Gavalı kalsium, kalium, fosfor, maqnezium, müxtəlif vitaminlər mənbəyidir. Amma bu məhsulun sağlamlıq üçün 10 üstünlükləri var.
Moderator.az xəbər verir ki, bu barədə "ferra.ru" saytı yazıb.
1. Ürəyin işini yaxşılaşdırır
Gavalı təzyiqin və xolesterinin yüksək səviyyəsindən qoruyur. Tədqiqatlar göstərib ki, bu məhsul "pis" xolesterinin, triqliseridlərin, anqiotenzinin göstəricilərini aşağı salır. Sonuncu maddə qan təzyiqinin artması ilə bağlıdır.
2. Xərçəngdən qoruyur
Gavalının tərkibində xərçəngin qarşısını alan birləşmələr var. Bu, qəhvə turşusu, karotinoidlər, polifenollar, antioksidantlardır. Gavalının sayəsində xoşxassəli şişlərin inkişafını ləngitmək və onların bədxassəli şişlərə çevrilməsinin qarşısını almaq mümkündür.
3. Allergiya əlamətlərinin azalması
Allergenlərin insan orqanizminə təsiri zamanı histamin ifraz edilir. Gavalı bu maddəni qandan azad edir və allergiya əlamətlərinindən xilas edir.
4. Streslə mübarizə
Gavalının tərkibində maqnezium var ki, bu da stresdən qurtulmağa və sakitlik əldə etməyə kömək edir.
5. Arıqlamağa kömək edir
Gavalının tərkibində çoxlu miqdarda sellüloza var, bu da insanda doyma hissi yaradır. Çəkinin xeyli azalması üçün gündə 30 qram sellüloza lazımdır.
6. Dərinin sağlamlığına kömək edir
Bu, gavalının tərkibində olan A və C vitaminlərinin hesabına olur. C vitamini həm də dərinin qocalmasının qarşısını alır.
7. Qocalmanın ləngiməsi
Gavalının tərkibində flavonoidlər var. Onlar da məhz qocalmanı ləngidir.
8. Tüklərin tökülməsinin qarşısını alır
Bu, gavalının tərkibində olan antioksidantlarla əlaqədardır.
9. Kişi sağlamlığı üçün faydalıdır
Gavalının tərkibində çoxlu miqdarda C vitamini var, bu da stress hormonunun miqdarını azaldır və spermatozoidləri daha hərəki edir.
10. Qadın sağlamlığı üçün faydalıdır
Fol turşusu qadın orqanizminə körpənin anadangəlmə qüsurlarının profilaktikası və onun düzgün inkişafı üçün lazımdır. Hamiləlik zamanı bəzən qəbzlik müşahidə edilir, gavalının tərkibində olan sellüloza bunun qarşısını alır.