Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək.

Report xəbər verir ki, səfər zamanı A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabr 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək. Sezar pizza

A.Paşazadənin həmçinin, sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxışı gözlənilir.

Qeyd edilib ki, nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu "Dinlərin dialoqu – gələcək naminə sinerji"dir.

Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az