Almaniya və Rusiya Qarabağ danışıqlarına başlayır
Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer bu gün rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Miq.az azvision.az-a istinadən bildirir ki, bu barədə Almaniya XİN rəhbərinin rəsmi nümayəndəsi Martin Şefer deyib.
"Ştaynmayer bu günün ikinci yarısında Rusiya xarici işlər naziri ilə telefon danışığı həyata keçirəcək. Bizim KİV-dən bildiyimiz kimi Rusiya prezidenti və XİN-i münaqişənin nizamlanmasına qoşulub və hərbi əməliyyatlarının dayandırılması məqsədilə münaqişə tərəfləri əlaqə saxlayıb", - deyə Şefer bildirib.
Miq.az