Almaniyada hökumət əleyhinə etiraz aksiyaları baş qaldırıb

Almaniyada hökumət əleyhinə etiraz aksiyaları baş qaldırıb

Almaniyada sağ-mühafizəkarlar tərəfindən Federal hökumətin qaçqınlarla bağlı yürütdüyü siyasət əleyhinə mitinq keçirilib.

Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC  "Berliner Morgenpost” qəzetinə istinadla xəbər verir ki, etiraz aksiyası zamanı ölkə kansleri Angela Merkelin istefası və eləcə də dövlətin miqrantlara dair siyasi kursunun dəyişdirilməsi tələb edilib. Polisin məlumatına görə, AFD (Almaniyanın alternativi) hərəkatının təşkilatçılığı ilə Erfurt şəhərində təşkil edilən mitinqə 8 mindən çox aksiyaçı qatılıb.

Növbəti həftə sağ-mühafizəkarlar tərəfindən Erfurtla yanaşı, Maqdeburq şəhərində də genişmiqyaslı etiraz nümayişləri planlaşdırılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az