Dövlət televiziyalarında yoxlama aparılacaq
Vətəninfo.az xəbər verir ki, bu barədə AzVision.az-a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, monitorinq qrupunun rəhbəri Nəzakət Qaziyeva bildirib.
Onun sözlərinə görə, hazırda küçə reklamlarının monitorinqi aparılır:
"Hazırda Bakının Səbail rayonunda monitorinq aparılır. Nəsimi və
Nərimanov rayonlarında isə monitorinqlər yekunlaşıb. İstər iaşə
obyeklərinin adları, istərsə də reklam lövhələrində xarici dildən
istifadə həddindən artıq çoxdur. Ədəbi dil normalarının pozulması
hallarına yol verilir”.
N.Qazıyeva onu da bildirib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
ilə Bakı şəhəri Reklam və İnformasiya İdarəsi arasında müqavilə
bağlanılıb.
Monitorinq bitəndən sonra nəticələr idarəyə göndəriləcək və buna uyğun tədbir görüləcək