Amerika erməniləri Naxçıvanlı kəndində yeni məhəllə salır...-FOTOLAR

Amerika erməniləri Naxçıvanlı kəndində yeni məhəllə salır...-FOTOLAR

Qarabağdakı ermənilərin "Qəhrəmanlarımızı dəstək olaq” üzdəniraq ictimai "xeyriyyə” təşkilatı ilə Amerika erməni missionerlər assosiasiyası ilə anlaşma memorandumu imzalayıb. Buna əsasən, Amerika erməni missionerlər assosiasiyası "Naxçıvanik” adlandırılmış  Naxçıvanlı yeni rayonunda 16 evdən 6-nın tikintisinə sponsorluq edəcək. 
 

Moderator.az  xəbər verir ki, bu haqda Xankəndindəki  separatçı erməni nəşrləri məlumat yayıb.  
 
"Qəhrəmanlarımıza dəstək olaq” təşkilatı 2021-ci ilin yanvarından Naxçıvanlı kəndində yeni məhəllə salınması təşəbbüsü ilə çıxış edib. Separatçı rejim təşkilata 3 hektar torpaq bağışlayıb. Təşkilat artıq bütün torpaq ölçmə işlərini başa çatdırıb və 16 evin bünövrələrinin qazılmasına başlanıb...
Zəruri arayış:

Naxçıvanlı, Naxçıvanik — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.

Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər” mənasındadır.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Naxçıvanik olmuşdur.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir...

Sultan Laçın
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az