Səhiyyə Nazirliyi Qubada baş verən ana ölümünün ilkin səbəbini açıqlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, ölüm faktı dünən Quba Regional Perinatal Mərkəzində qeydə alınıb. A. Qədirli deyib ki, Qusar rayonundan olan 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı doğuşdan sonra dünyasını dəyişib. Ölümə ilkin səbəb kimi doğuşdan sonra uşaqlığın atonik qanaxması göstərilir: "Hazırda meyit təşrihə verilib və ekspertiza aparılacaq. Bütün məlumatlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına verilib və müvafiq araşdırma başlayacaq. Araşdırmadan sonra ana ölümünün dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq".
Qeyd edək ki, ötən gün Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb. Quba Regional Perinatal Mərkəzində doğuş zamanı Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı dünyasını dəyişib. Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z.Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb. Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT