Ankara terrorunda yaralanan general kimdir?

Ankara terrorunda yaralanan general kimdir?
Ankara terrorunda yaralanan general və həyat yoldaşı xəstəxanadadır.

Türkiyə silahlı qüvvələrinin baş qərargahından yayılan açıqlamada terror aktında yaralanmış general Reha Ufuk Ər və həyat yoldaşının vəziyyətinin yaxşı olduğu bildirilir.

General Reha Ufuk Ərin Türkiyə hərbi hava qüvvələrinin komandanlığında yüksək vəzifə tutduğu bildirilir. Terror aktı baş verən zaman generalın və həyat yoldaşının maşınlardan birində olduğu qeyd olunur.

Məlumata görə, Ankarada baş vermiş dünənki terror aktında yaralananlardan 31 nəfəri Gülhane hərbi hospitalında müalicə olunurlar. Generalla həyat yoldaşı da bu hospitaldadır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az