Ankarada güclü partlayış: ölən və yaralananlar var

Ankarada güclü partlayış:  ölən və yaralananlar var
Türkiyə paytaxtı Ankarada güclü partlayış baş verib.

Vətəninfo.az-ın məlumatına görə, "Report" "Anadolu" agentliyinə isitinadən xəbər verir ki, partlayış dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında baş verib. 

"Doğan" agentliyi isə iki ayır-ayrı partlayışın baş verdiyi haqda məlumat yayıb. Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var. 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub. 

Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meyadnında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terorçunun özünü partlatması nəticəsində baş verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az