Ankarada terror aktını törətmiş kamikadze-Suriya vətəndaşı Salih Necar

Ankarada terror aktını törətmiş kamikadze-Suriya vətəndaşı Salih Necar
Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb.

Miq.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub.

Avtomobildə özünü partlatmış və 28 nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az