ANS şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev isə dəfələrlə zəng vurmağımıza baxmayaraq telefonu açmayıb.
Qeyd edək ki, MTRŞ ilk olaraq ANS televiziyasının efirində yayımlanan"Sən tək deyilsən”,"Xoşqədəmlə axtarıram səni”proqramlarının bağlanması haqda qərar çıxardı, daha sonra telekanalı bir neçə verilişə görə 54 min manat məbləğində cərimələdi. Şuranın növbəti qərarı kanalın efirində gedən bir neçə filmin reklamla kəsilməsinə görə 25 min manat oldu. Həmçinin MTRŞ serial çəkilişi üçün dövlət büdcəsindən ayrılanvəsaitdən düzgün istifadə edilməməsinə görə ANS-in 160 min manat cərimə olunması ilə bağlı məhkəməyə müraciət etdi. ŞuraANS-dən 160 min manat vəsaitindövlət büdcəsinə geri qaytarmağı tələb edir.
Vətəninfo.az