Araik iki daş arasında qalıb...- Bir yandan Paşinyan hədələyir, digər yandan...
Son bir həftə ərzində Ermənistan hakimiyyəti Qarabağdakı separatçı rejimə görünməmiş təzyiqlər göstərir, onu Ermənistandakı daxili siyasi hadisələrdən uzaqlaşdırmağa çalışır.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın "Past” nəşri yazır.
Lakin problem ondadır ki, məsələ Qarabağın özünə aiddir. Daxildə belə bir rəy var ki, Ermənistanın mövcud hökumətinin dəyişməz qalması qaçılmaz olaraq separatçı rejimin kapitulyasiyasına gətirib çıxaracaq.
"Artsaxdakı mənbəmizin sözlərinə görə, Nikol Paşinyan Artsax prezidenti Arayik Arutyunyan və ətrafına qarşı aşkar şantaj alətlərindən istifadə edir, onun göstərişlərinə əməl etməyəcəkləri halda çox pis duruma düşəcəkləri haqda birbaşa hədələyir. Bizdə də məlumat var ki, Arutyunyan öz yaxın çevrəsinə iki daşın arasında qalmasından şikayətlənir. O, hərəkət edə bilmir. Bu gün belə bir reallıq yaranıb ki, bu, bir tərəfdə Artsax xalqının bu gün İrəvan küçələrində Artsaxı müdafiə edən qüvvələrin tərəfini tutmaq istəyi və bəyanatları, digər tərəfdə isə Paşinyanın birbaşa və ya "vasitəçilər" vasitəsilə Artsax hakimiyyətinə çatdırdığı təhdidlərdir” -deyə erməni qəzeti vurğulayır.
Sultan Laçın