Araikin verdiyi tapança ilə İrəvanda hücum etdi

Araikin verdiyi tapança ilə İrəvanda hücum etdi

Separatçıların keçmiş "rəhbəri” Araik Arutyunyan Bakıda həbsdə olsa da, İrəvanda silahlı insidentdə adı hallanır.

İrəvanın Qriboyedov küçəsində atışma qeydə alınıb.

Məlumata görə, 50 yaşlı İrəvan sakini Arman A. qarşıdurma yaşadığı şəxslərə silahla hücum edib. Ölən və yaralanan olmayıb. Polislər Arman A.-nı həbs etdikdən sonra maraqlı detal ortaya çıxıb.

Məlum olub ki, Arman A.-nın üzərindən içində 8 güllə olan "Beretta” tapançası aşkarlanıb. O bildirib ki, tapançanı ona bu il Araik Arutyunyan hədiyyə verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az