Arayik Paşinyanın generalı qarşısında geri çəkildi?.. - Xankəndindəki mitinqdən sonra...

Arayik Paşinyanın generalı qarşısında geri çəkildi?.. - Xankəndindəki mitinqdən sonra...

Xəbər verildiyi kimi, bu gün – mayın 15-də Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan Xankəndi şəhərində 32 "yaş”lı separatçı-terrrorçu erməni rejiminin  qondarma "müdafiə ordusu”nun sabiq komandanı,"qanunsuz "Vahid vətən" "partiya"sının sədri general Samvel Babayanın təşəbbüsü ilə mitinq keçirilib.
 
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, havanın yağışlı olmasına rəğmən "Artsax”ın "xilas edilməsi naminə S.Babayanın "dövlət naziri” təyin edilməsi” tələbi ilə keçirilən mitinqdə 2000-ə yaxın hayk iştirak edib.
 
S.Babayan çıxışında bildirib ki, tələblərimizin cavablandırılması üçün 2 saat vaxt veririk, həmin müddətə cavab gəlməsə, "hökumət" binasının bütün giriş-çıxışları bağlanacaq.
 
Mitinqdə separatçı rejimin qondarma qanunsuz "qanunverici” orqanının rəhbəri Artur Tovmasyan da iştirak və çıxış edib. O, mitinq iştirakçılarının tələblərini baş separatçı Arayik Arutyunyana çatdıracağına söz verib. Mitinq bitdikdən 2 saat sonra mediaya açıqlama verən Arayik isə mitinq iştirakçılarının "dinlənilmə hüququnu nəzərə alaraq” onların tələbləri ilə tanış olduğunu bildirib.
 
"Komanda üzvlərimə təklif etdim ki, sabahdan onların təqdim etdiyi təkliflər və proqramlar ətrafında müzakirələrə, məsləhətləşmələrə başlasınlar... Əvvəllər olduğu kimi, indi də ölkəmizin təhlükəsizliyi, əmin-amanlığı, xalqımızın rifahı naminə hər kəsin bilik və təcrübəsindən istifadə etməyə hazıram” –Arayik belə deyib.
 
Xatırladaq ki, Putinin milyarder "desantı” sayılan keçmiş "dövlət naziri” Ruben Vardanyan da bir neçə gün öncə "yaranmış böhrandan çıxmaq üçün hazırladığı layihəni” Arayikə təqdim edib.  Qeyd edək ki, son aylar siyasi fəallıq göstərən general Samvel Babayan hazırda daha çox Ermənistan baş naziri N.Paşinyana yaxın şəxs hesab olunur...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az