Araz Bayramzadə Ramin Məmmədova müşavir təyin olundu

Araz Bayramzadə Ramin Məmmədova müşavir təyin olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova daha bir müşavir təyin edilib.

Bu vəzifəyə Araz Bayramzadə gətirilib. 49 yaşlı A.Bayramzadə bir müddət əvvəl bu vəzifəyə təyinat alıb.

O, 2006-2025-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi – baş əmək müfəttişi, rəis müavini və rəis vəzifələrində müxtəlif rayonlar üzrə xidmət göstərib, rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, komitə sədrinin digər müşaviri Amil Cavadovdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az