Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin səfirlərini qəbul edib

Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin səfirlərini qəbul edib
Xarici işlər nazirinin müavini Araz Əzimov bu gün ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb.

Miq.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğuladı. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az