"Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə tərəfi ilə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün heç bir anlaşma imzalamayıb".
Vətəninfo.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.
Məlumatda qeyd olunub ki, şirkətin bununla bağlı heç bir anlaşması yoxdur: "ARDNŞ həmin mübahisəli ərazilərdə heç vaxt işləməyib və işləməyəcək”.
Qeyd edək ki, Yunanıstanın “Simerini” qəzeti Türkiyənin ARDNŞ-lə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün anlaşma imzalaması barədə xəbər yayıb.
Qəzet iddia edib ki, ARDNŞ mübahisəli dəniz ərazilərində gələn ilin fevral ayından etibarən qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına başlayacaq. Hətta bununla bağlı Aralıq dənizi sahillərində Türkiyənin “Türkiyə Petrol Ofisi” (TPAO) şirkəti ARDNŞ-in quraşdıracağı iki kəşfiyyat platformasını kirayələmək niyyətindədir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib