Artıq çəkiniz xəstəlik xəbərçisi ola bilər

Artıq çəkiniz xəstəlik xəbərçisi ola bilər
Artıq çəkinin altında yatan xəstəliklər və əlamətləri ...

1- Polikistoz

Yumurtalıq kistaları, alma tipi yağlanılmağa səbəb olur. Bel və qarın yağlarında yığılma yaşanır. Bel-omba nisbətindəki artım, pozulmuş şəkər və insulin tarazlığının də işarəsidir. Buna görə də kista problemi yaşayanların xüsusilə karbohidratdan az istifadə etmələri lazımlıdır.

2- Hipotiroid

Tiroit vəzinin az çalışması mənasını verən hipotiroid köklüyün ən əhəmiyyətli səbəblərindən biridir. Istiyə dözə bilmir, əllərinizdə titrəmə varsa, duyğularda ciddi dəyişikliklər fərq edir, özünüzü narahat hiss edirsinizsə, heç bir şeyə konsentrə ola bilmir, saçlarınız tökülürsə , qəbizlik problemi yaşayır və çəkiniz artırsa , tiroit vəziniz yavaşlamış ola bilər

3- İnsulin müqaviməti və ya diabet

Qarın və bel ətrafında yağlanma çox isə diabet riskiniz də o nisbətdə yüksək deməkdir. Çünki köklük insulin müqavimətinə, insulin müqaviməti də şəkər xəstəliklərinə səbəb olur. Ağzınız quruyur, çox tez susayırsınızsa, iştahınız çoxdursa , tez-tez ayaqyoluna gedirsinizsə   diabet ola bilərsiniz.

4- D vitamini əskikliyi

Günəş şüalarının bizə hədiyyəsi olan D vitaminindən məhrum qalmaqda çəki artırar. D vitamini azlığı, hormon səviyyəsi dəyişdirərək insulin müqavimətini artırır və diabet riskini artırır. 

5- Böyrək üstü vəzlərinin çox çalışması

Tez-tez peysərdən başlayan baş ağrılarınız olursa, boyun bölgəsində qalınlaşma və yağ yığılması olursa, üzünüz sızanaqlı bir hala gəldisə, xüsusilə bel ətrafında yağlanma və bənövşə rəngli xətlər və çatlaqlar meydana gəlirsə artıq böyrək üstü vəzlərinizi nəzarət altına almanın vaxtı gəlmiş deməkdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az