Arvadını və özünü güllələyən şəxsin hadisəni sərxoş vəziyyətdə törətdiyi məlum olub

Arvadını və özünü güllələyən şəxsin hadisəni sərxoş vəziyyətdə törətdiyi məlum olub
Sabirabad sakini sərxoş vəziyyətdə arvadını və özünü güllələyib.
Vətəninfo.az xəbər verir ki, Sabirabad rayon prokurorluğundan APA-nın Mil-Muğan bürosuna  verilən məlumata görə, hadisə iyulun 28-də gecə saat 23.00 radələrində Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Azad Canı oğlu Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində "İj” markalı ov tüfəngindən açdığı atəşlə həyat yoldaşı, 1983-cü il təvəllüdlü Alışova Sədaqət Valeh qızını ağır yaralayıb.
Sonra o, tüfəngdən atəş açaraq özünü ağır yaralayıb. Yaralılar əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, sonra isə vəziyyətləri ağır olduğundan 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıblar.
 Hadisə yerindən 1 ədəd "İj” markalı ov tüfəngi maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verməsi istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 Sabirabadda silahlı insident olub.

 APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirib.
Hər ikisi xəstəxanaya yerləşdirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az