Aşotu oğurlamaq istəyən qadın barədə qərar

Aşotu oğurlamaq istəyən qadın barədə qərar
Ermənistanın Baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat verib.

Bu barədə ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb.

Vəkil deyib ki, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub.

Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Q.Akopyanın aclıq aksiyası davam edir. Onun səhhəti hələ ki, qənaətbəxşdir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az