ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.
Vətəninfo.az xəbər verir ki, APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, müşahidə missiyası Azərbaycanın 1 noyabr tarixində keçiriləcək seçkiləri müşahidə etməklə bağlı rəsmi dəvətinə və 12-14 avqust tarixlərində Azərbaycanda olan ehtiyacların qiymətləndirilməsi missiyasının səfərinin yekunları və araşdırmalarına əsasən göndərilir. Bunun üçün 15 proqramlı vəzifə üçün yer ayrılıb və onlar fəaliyyətlərinə 14 sentyabrdan başlayacaqlar. İnzibati vəzifələr üçün 14 yer ayrılıb və onların vəzifələrinin başlama tarixi 5 sentyabrdır. Daha 16 vəzifə isə regionlardakı ofislərə ayrılıb və onlar 22 sentyabr tarixindən işə başlayacaqlar. ATƏT DTİHB bu vəzifələrin tutulması ilə bağlı vakansiya elan edib.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE