ATƏT PA: Bu gün Azərbaycan xalqı üçün son dərəcə vacib gündür

ATƏT PA: Bu gün Azərbaycan xalqı üçün son dərəcə vacib gündür

"Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün çox vacib gündür”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, albaniyalı deputat Elona Hoca-Qjebrea deyib.

O bildirib ki, Azərbaycanın ATƏT standartlarına riayət etməsi çərçivəsində bütün standartları və prosedurları dəstəkləmək və qiymətləndirmək üçün gəlmişik.

"Biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün buradayıq”, - o söyləyib.

Xanım diplomat Azərbaycan xalqına sülh və uğur arzulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az