ATƏT PA-nın sədri cəbhə xəttində yaranmış gərginliyə münasibət bildirib
ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT PA sədri İlka Kanerva və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigeninin birgə bəyanatında deyilir. Onlar hesab edir ki, döyüşlər dayandırılmalıdır: "Dağlıq Qarabağ münaqişəsi uzun illər xeyli insan itkisinə səbəb olub. Biz tərəfləri atəşi dayandırmağa və növbəti zorakılıq hallarının artmasından qaçmaq üçün maksimum təmkin göstərməyə çağırırıq".
Onlar ATƏT-in Minsk qrupuna və onların münaqişənin sülh yolu ilə həlli səylərinə tam dəstəklərini bir daha qeyd ediblər.
Miq.az