ATƏT PA-nın yeni prezidenti seçildi

ATƏT PA-nın yeni prezidenti seçildi
Tiflisdə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
 
APA-nın məlumatına görə, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen 86 səslə  ATƏT PA-nın  prezidenti seçilib.
 
Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb.
 
Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.
 
Qeyd edək ki, ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəyə 2014-cü ildə seçilib, bu il onun səlahiyyət müddəti başa çatıb.
 
ATƏT PA-nın 25 illik sessiyasında Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az