ATƏT Qarabağla bağlı bəyanat verdi

ATƏT Qarabağla bağlı bəyanat verdi

"ATƏT Dağlıq Qarabağ münaqişəsində sabitliyə nail olmaq üçün araşdırma mexanizmindən istifadə etməlidir”.

Miq.az  ”Report”a istinadən xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Tbilisidə keçirilən illik sessiyasında çıxışı zamanı təşkilatın məruzəçisi Marqaret Soderfeld deyib.

O, ATƏT-in Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün müəyyən addımlar atdığını bildirib: 

"Bu məqsədə nail olmaq üçün daha çox şey edə bilərik”.

M.Soderfeld ATƏT regionunda digər münaqişələrə, eləcə də münaqişələr zamanı qadınların üzləşdiyi problemlərə toxunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az