ATV-nin əməkdaşları qəzaya düşdü -Maşını kanala düşüb

ATV-nin əməkdaşları qəzaya düşdü -Maşını kanala düşüb

ATV telekanalından faktı təsdiqləyiblər.

Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu APA-ya bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb.

"Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs  Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür”, - Vaqif Aydınoğlu deyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az