Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq. Milli Avarçəkmə Federasiyasından “Vətəninfo.az”-a verilən məlumata görə, baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 5 avarçəkənimiz yarışa qatılacaq.
Bunlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. İdmançılarımız əvvəlcə mayın 4-də Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya kubokunun I mərhələsində iştirak edəcəklər. 3 gün davam edəcək nüfuzlu yarışda Aleksandrov, Yotov və Mustafayeva 1 nəfərlik qayıqla (1X), Angelova – Nençeva dueti isə 2 nəfərlik təkavarlı qayıqla (2-) 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.
Bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 – 23 mayda keçiriləcək Son Olimpiya Təsnifat Reqatasına (Final Olympic Qualification Regatta) və 25 – 27 mayda baş tutacaq Dünya Kubokunun II mərhələsinə hazırlaşacaq. Ardından komandamız 15 – 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq dünya kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq.
Oral MƏDƏNÇİ
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.