İyunun 23-28-də İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan yığma komandaları çempionatda tam heyətlə iştirak edəcək.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında İstanbula Şəhriyar Salmanov (50 kq), Əfqan Xaşalov (55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Turxan Qurbanov (96 kq) və Səid Həmidov (120 kq) yollanıb.
İyunun 25-26-da çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 8 güləşçimiz iştirak edəcək. Ölkəmizi Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcək.
Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Cavid Feyziyev (120 kq) yarışacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ