Avropa Məhkəməsi Cahangir Hacıyevin həbsini qanunsuz hesab etdi

Avropa Məhkəməsi Cahangir Hacıyevin həbsini qanunsuz hesab etdi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin şikayəti üzrə qərar elan edib.
Məhkəmədən Gununsesi.info-ya göndərilən qərarda Hacıyevin şikayəti təmin olunub.
Qərarda konvensiyanın 5-ci maddəsinin pozuntusu tanınıb.
Qərarda qeyd olunur ki, Hacıyevin həbsi qanunsuz olub və barəsindəki həbsqətimkan tədbirinin müddətinin artırılması əsassız olub.
Hökumət buna görə Hacıyevə 3500 avro  təzminat ödəyəcək.
Qeyd edək ki, Cahangir Hacıyevin məhkəmədə hüquqlarını  tanınmış vəkil Aqil Layic müdafiə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az