“Nəinki beş ildən bir, hətta hər il parlament seçkiləri keçirilsə də müxalifətin bu seçkilərdə uğur qazanması gözlənilən deyil”
Bu il Azərbaycanda parlamet seçkiləri keçiriləcək. Müxalifətin seçkiöncəsi ümumi vəziyətin Mirzə Sakitlə aydınlaşdırmaq istədik. Vətəninfo.az müsahibəni təqdim edir.
Nəinki beş ildən bir, hətta hər il parlament seçkiləri keçirilsə də müxalifətin bu seçkilərdə uğur qazanması gözlənilən deyil. O demək yox ki, muxalifətdən olan namizdələrə xalq səs vermək istəmir.Xalq səs verməyə hazırdır, lakin pərakəndə şəkildə pərən-pərən düşmüş müxalifətə səs vermək istəmir,nə hakimiyyətdəkilərə nə də müxalifətdəkilərə xalqda güvən qalmayıb. Muxalifət nə zaman sidq-ürəklə birləşəcəksə, həmin anda da Xalqı öz yanında görəcək, indiki mərhələdə isə bu mümkün deyil.
-O zaman qarşıdakı seçkidə müxalifətin hansısa mandatların əldə olunmasına ümid eləyənlər bəri başdan ümidlənməməlidir?
Hal-hazırkı parlament "Qara bazar"dı, bu bazarda alverə getmək istəyənlərin bəzilərinə əlbəttə ki, mandat veriləcək. Necə deyərlər, "Malın-mal olunca, bazarın-bazar olsun".
-Bu səsləndirdiyiniz fikir parlametndə təmsil olunan İqbal Ağazadənin,Fazil Mustafanın və digər müxalifəti təmsil edənləri qıcıqlandıra bilər?
Süsənli-sünbüllü vətənimizdə çox keyfiyətli sular var..
-Mirzə indidən xaricdə siyasi mühacir olan bəzi şəxslərin seçkilərdə namizədliyinin AXCP-nin kolisiyasında seçkilərdə iştirak edəcəyi fikirindədirlər.Sizcə bu baş verərəsə,doğru bir addımdırmı?
AXCP Azərbaycanın siyasət zənbilində YAP-la rəqabət apara biləcək ikinci partiyadır, ancaq diktatura anlamında. Yəni ki, AXCP-də ki diktatura bəzən YAP-ı da geridə qoyur..
-Əli Kərimlinin diktaturasını sındıracaq AXCP-də elə bir güc yoxdurmu?
Xeyr, çünki o partiyada sağlam və müstəqil fikirli insan olmadığından bu mümkün deyil, ordakı "Əcinnə-Şəyatinlər" üçün demokratik dəyər sözü ancaq şüarlardadır, beyinlərdə isə bütpərətslik hökm sürür.
Vətəninfo.az