"Axı bu maaşla dolanmaq olmaz"-Millət vəkili



"Bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, "iş yerləri var, amma işləmək istəyən yoxdur”. Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır”.

Bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu fikirlər həqiqətə uyğun deyil:

"Demək ki, "iş yeri var, amma işləmək istəmirlər” ifadəsi düz deyil. Axı bu maaşla dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar. İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq”.

Deputat deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriylyi bu məsələ ilə bağlı müəyyən araşdırma aparıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az