Çay müştərinin üstünə dağıldı, ofisiant bıçaqlandı
Bakının Nəsimi rayonunda çay evlərindən birində bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki "Samovar” çay evində ofisiant işləyən Elçin İsmayılov müştəri tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.Məlumata görə, Elçin İsmayılov çay evində müştəriyə qulluq edən zaman onlardan birini üstünə çay dağıdıb. Bu zaman mübahisə yaranıb.
Elçin İsmayılov müştəri tərəfindən bıçaq xəsarəti alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Miq.az