Ayın sonunda əfv olacaq

Ayın sonunda əfv olacaq
"Ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir.
 
İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik”.
Bunu hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib. Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib.
"Ümid edirəm ki, bu dəfə də cənab prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik”, – deyə deputat vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə bu ilin mart ayında Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib. //azvision.az

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az