Çayxana, mebel salonu, restoran, kafe, yoxsa, kinoteatr?- Reportaj / Fotolar
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq 2006-cı il 23 avqust tarixli № 1635 nömrəli Sərəncamda səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə bəzi qurumlar bu Sərəncama əlavədə göstərilən müəssisə və obyektlər özəlləşdirilməyə açıq elan edilib.
Qanunvericiliyə uyğun olaraq öz profilini saxlamaq şərtilə özəlləşdirilən mədəniyyət sahələri
"Azərbaycan” kinoteatrı (Səbail rayonu) (Cinema Plus)
"Araz” kinoteatrı (Səbail rayonu);
Qanunda təyinatını saxlamaq şərtilə özəlləşdirilən mədəniyyət sahələri arasında "Araz” kinoteatrının da adı olsa da, faktiki olaraq başqa profil üzrə fəliyyət göstərir.
Mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlər
"Azərbaycan” kinoteatrı (Səbail rayonu) (Cinema Plus)
"İnqilab” kinoteatrı (Binəqədi rayonu)
"Təbriz” kinoteatrının yay zalı (Nizami rayonu)
"Araz” kinoteatrı (Səbail rayonu)
"Sevil” kinoteatrı (Yasamal rayonu)
"İzmir” kinoteatrı (Nərimanov rayonu)
"N.Nərimanov” kinoteatrı (Nərimanov rayonu)
"Şuşa” kinoteatrı (Nərimanov rayonu)
"N.Nərimanov” kinoteatrının yay zalı (Nərimanov rayonu)
"Babək” kinoteatrı (Bakı şəhəri)
"Vətən” kinoteatrının yay zalının bir hissəsi (Bakı şəhəri)
"Gənclik” Beynəlxalq Turizm Mərkəzi
"Nizami” kinoteatrı (Əli Bayramlı şəhəri) Rayonlararası kinoprokat bazası (Əli Bayramlı
şəhəri)
"Arzu” kinoqurğusunun yay zalı (Gəncə şəhəri)
"Dəmiryolçu” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)
"Azərbaycan” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)
"Gəncə” kinoteatrı (Gəncə şəhəri)
"Qələbə” kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)
İTR qəsəbəsi yay kinoqurğusu (zalı ilə) (Gəncə şəhəri)
Gəncə kinoprokat məntəqəsi (Gəncə şəhəri)
"Spartak” kinoteatrı (Lənkəran şəhəri)
"Nizami” kinoteatrının yay zalı (Lənkəran şəhəri)
Lənkəran şəhər uşaq istirahət düşərgəsi
"Füzuli” yay kinoteatrı (Lənkəran rayonu, Liman qəsəbəsi)
Yay kinoteatrı (Yevlax şəhəri)
"Sevil” yay kinoteatrı (Mingəçevir şəhəri)
"Sülh” yay kinoteatrı (Mingəçevir şəhəri)
"Bahar” yay kinoteatrı (Mingəçevir şəhəri)
"Arzu” qış kinolektoriyası (Mingəçevir şəhəri)
"Kosmos” kinoteatrı (Sumqayıt şəhəri)
"Vaqif” kinoteatrı və yay zalı (Sumqayıt şəhəri)
"Qarabağ” kinoteatrı (Sumqayıt şəhəri)
Saray kənd kinoteatrı (Abşeron rayonu)
Saray kənd yay kinoteatrı (Abşeron rayonu)
Novxanı kənd yay kinoteatrı (Abşeron rayonu)
Ceyranbatan kənd yay kinoteatrı (Abşeron rayonu)
Zeynəddin yay kinoteatrı (Ağdaş rayonu)
"Dostluq” yay kinoteatrı (Ağsu rayonu)
Ağcabədi kinoteatrı (Ağcabədi rayonu)
Şirvanlı kənd kinoteatrı (Bərdə rayonu)
"Astara” kinoteatrı (Astara rayonu)
"Muğan” kinoteatrı (Biləsuvar rayonu)
"Mil” kinoteatrının yay zalı (Beyləqan şəhəri)
"Mil” kinoteatrı (Beyləqan rayonu)
Nic kənd yay kinoteatrı (Qəbələ rayonu)
Vəndam kənd kinoteatrı (Qəbələ rayonu)
Hacallı kənd kinoteatrı (Qəbələ rayonu)
S.Nuxa kənd kinoteatrı (Qəbələ rayonu)
"Dostluq” kinoteatrının yay zalı (Ucar şəhəri)
A.Bakıxanov adına kinoteatr (Quba rayonu)
S.Vurğun adına kinoteatr (Quba rayonu)
"Ulduz” yay kinoteatrı (Qusar rayonu)
"Avanqard” kinoqurğusu (Xaçmaz şəhəri)
"Avanqard” yay kinoteatrı (Xaçmaz şəhəri)
"Xaçmaz” yay kinoteatrı (Xaçmaz rayonu)
"Nabran” yay kinoteatrı (Xaçmaz rayonu)
"Gənclik” kinoteatrı (İsmayıllı rayonu)
"Nizami” kinoteatrının yay zalı (Kürdəmir şəhəri)
"Bahar” kinoteatrı (Kürdəmir şəhəri)
Yay kinoteatrı (Şamaxı şəhəri)
Dəlməmmədli yay kinoteatrı (Goranboy rayonu)
Ə.Məmmədov adına kinoteatr (Göyçay rayonu)
F.Rüstəmov adına kinoteatr (Göyçay rayonu)
Rayonlararası kinoprokat məntəqəsi (Göyçay rayonu)
Privolnoye kənd yay kinoteatrı (Cəlilabad rayonu)
N.Nərimanov adına yay kinoteatrı (Masallı şəhəri)
"Xəzər” kinoteatrı (Neftçala rayonu)
"Dostluq” kinoteatrı (Oğuz rayonu)
"Dostluq” kinoteatrının yay zalı (Oğuz şəhəri)
Quruzma kənd yay kinoteatrı (Sabirabad rayonu)
S.Vurğun adına yay kinoteatrı (Sabirabad rayonu)
"Babək” kinoteatrının yay zalı (Salyan rayonu)
"Tərtər” yay kinoteatrının yay zalı (Tərtər şəhəri)
Aşağı Ayıblı kənd kinoteatrı (Tovuz rayonu)
S.Vurğun adına yay kinoteatrı (Tovuz rayonu)
"Dəmiryolu” yay kinoteatrı (Tovuz şəhəri)
"Bahar” kinoteatrı (Cəlilabad rayonu)
M.F.Axundov kinoteatrının yay zalı (Şəki şəhəri)
"Azərbaycan” kinoteatrı (Şəki şəhəri)
"Azərbaycan” kinoteatrının yay zalı (Şəki şəhəri)
"Qışlaq” kinoteatrı (Şəki şəhəri)
S.Vurğun adına yay kinoteatrı (Şəki şəhəri)
Vidadi adına kinoteatrın yay zalı (Şəmkir rayonu)
Şəmkir yay kinoteatrı (Şəmkir şəhəri)
Zəyəm kənd yay kinoteatrı (Şəmkir rayonu)
Dəllər kənd yay kinoteatrı (Şəmkir rayonu)
Çinarlı kənd yay kinoteatrı (Şəmkir rayonu)
Çinarlı kənd qış kinoteatrı (Şəmkir rayonu)
Əliabad kənd qış kinoteatrı (Zaqatala rayonu)
Əliabad kənd yay kinoteatrı (Zaqatala rayonu)
Yay kinoteatrı (Zaqatala şəhəri)
"Arzu” yay kinoteatrı (Zərdab şəhəri)
Lerik rayon kinoteatrı (Lerik rayonu)
Naftalan şəhər kinoteatrı (Naftalan şəhəri)
"Rza Təhmasib” kinoteatrı (Naxçıvan şəhəri)
"Əlincə” kinoteatrı (Culfa rayonu)
"Araz” yay kinoteatrı (Culfa rayonu)
Nehrəm kənd yay kinoteatrı (Babək rayonu)
"Bahar” yay kinoteatrı (Şərur rayonu)
"Çinar” yay kinoteatrı (Ordubad rayonu)
Dəstə kənd yay kinoteatrı (Ordubad rayonu)
Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən özəl kinoteatrlar da var.
Dövlət Statistika Komitəsinin 2015-ci ildəki kinoteatrlara gedənlərin sayı ilə bağlı hesabatında Azərbaycanda 28 kinozalı olan 10 kinoteatr fəaliyyət göstərdiyi və paytaxtda 26 kinozalı olan səkkiz dövlət və özəl kinoteatrının olduğu qeyd olunurdu.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin dövlət kinoteatrlarının sayı barədə olan bu statistikada göstərilən nəticələr hazırda ölkədə "Nizami” kinoteatrından başqa, bütün kinoteatrlar ya öz profili üzrə fəaliyyət göstərməsi ilə özəlləşib, ya da ki hazırda başqa profillə insanlara xidmət göstərir. 2017-ci ilin statistikasına əsasən isə Bakıda 22, ölkə üzrə isə 120 kinoteatr olduğu bildirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirdi ki, hazırda İcra Hakimiyyətinin balansında heç bir kinoteatr yoxdur:
"Vaxtilə İcra Hakimiyyətinin tərkibində "Kino xidməti” adlanan şöbə olub. Bir müddətdən sonra isə ləğv olundu. Hazırda da bizim qurumun balansında heç bir kinoteatr yoxdur”.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə nazirliyin tərkibində yeganə "Nizami” kinoteatrı fəaliyyət göstərdiyini "Savalan” kinoteatrı "Şuşa” kinoteatrının balansına, "Şəfəq” kinoteatrı isə "Pantomim” teatrına verildiyini bildirdi.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bəzi kinoteatrların ölkə başçısının 2006-cı il 23 avqust tarixli sərəncamına əsasən özəlləşdirildiyini bildirdi:
"Burada qeyri-qanuni heç nə yoxdur. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Özəlləşdirilən kinoteatrlar arasında öz profili ilə işləyən və hazırda öz istiqaməti ilə fəaliyyət göstərməyən kinoteatrlar var. Bu qanunda qeyd olunub. Öz istiqaməti üzrə işləməyən kinoteatrlar sahibkar onları istədiyi sahədə işlədə bilər. Bu sahibkarın istəyinə bağlı olan məsələdir”.
"Mən incəsənət adamıyam. Kino mənim bir hissəmdir. Əgər biz insanların kinoteatra həvəsini və marağını görsəydik, buranı elə kinoteatr kimi də işlədərdik”- deyir Binəqədi rayonunda yerləşən əvvəllər "İnqilab” kinoteatrı olmuş indi "Kafe Ləzzət” adıyla fəaliyyət göstərən məkanın direktoru Nəriman dayı.
"Bu bina kinoteatr binası olanda biz müəyyən məktəblərə pulsuz bilet göndərirdik ki, müəllimələr, valideynlər uşaqları kinoteatra gətirsin. Mən həmin dövrdə kinoteatrda direktor vəzifəsini icra edirdim. Həmin dövrdə də qayda var idi ki, hər bir müəllim şagirdlərini kinoteatra aparmalıydı. Bizim müşahidə etdiyimiz həmin müəllimlərin bizə "çalışın kinonun vaxtı bir qədər tez qurtarsın. Sıxılırıq” deməkləri idi. Onlar sadəcə məktəb direktoruna hesabat üçün bura gəlirdilər. Gəldiklərini bildirən sənədə imza atıb gedirdilər .Valideynlər də belə idi. Heç kimin marağı yox idi kinoteatra”.
Nəriman dayı bu müəssisənin kimin tərəfindən özəlləşdirildiyini deməsə də, bu barədə məlum sərəncam veriləndən sonra özəlləşdiridiyini əlavə etdi.
Burada qeyri-adi heç nə yoxdur. Əgər mən bu obyekti işlədib tabeliyimdəki içşilərə çörəkpulu verirəmsə, bunun nəyi qəbahətdir? Məsələn "Dostluq” kinoteatrı bağlanılıb. Hazırda nə öz profili, nə də ki başqa profili üzrə fəaliyyət göstərmir. O məkanı başqa cür işlədib insanlara daha çox faydalı olmaq olar.
Söhbətimizdən Nəriman dayının çox savadlı olmasını bildiyimdən, müasir filmlərimiz haqqında rəyini də öyrənmək qərarına gəldim:
"Mən bu günki gündə istehsal olunan müasir filmləri bəyənmirəm. Çünki mən bir peşəkaram. Həmin filmlər gənclərin, uşaqların, ümumiyyətlə, cəmiyyətin kino zövqünü korlamağa xidmət edir. Siz də mənimlə razılaşarsınız ki, sovet illərində çəkilən filmlərlə müqayisədə indiki filmlər acınacaqlıdır. Rejissorlarımız istəsə belə, eyni səviyyədə film alındıra bilmir. Bu gün insanlarımızın kino hesab eləyib pul xərclədiyi kinoları aktyorları qəbul etmirəm.
Ümumiyyətlə, Azərbaycanda kino sahəsinin inkişafına ehtiyac var. Bizi dünyanı tanıması üçün xaricdən filmlər almalıyıq. Buna isə büdcə çatmır. Belə olduğu halda yerimizdə addımlayacağıq”.
Ərazi sakinlərindən rəylər aldıq. Nigar Səfərova dedi ki, indi müasir texnologiyalarla təchiz olunmuş kinoteatrlarımız var:
Özəlləşib başqa profil üzrə işləyən kinoteatrların sahibkarları müəyyən mənfəət üçün bunu edirlər. Dərinliyə gedəndə hazırda fəaliyyətdə olan kinoteatrların da mənfəəti büdcədir. Yəni mənim üçün fərqi yoxdur. Kim necə istəyir, elə də işlədir”.
Elçin Mehrablı isə kinoteatrların teatrların xalqn mədəni irsi olduğu bildirərək, ölkədə onların sayının artırılmasının vacibliyini vurğuladı:
"Amma bir məqamı da qeyd edək ki, bu gün insanları daha çox məişət həyatı maraqlandırır. Yəni çayxana, mebel salonu, restoran, kafe və s. Kinoteatrlar çoxalsa da, reklamı çox böyük olmalıdır ki, həmin yerlərə insanlar getsin. Əks halda boşluq olacaq”.
İmamət İsmayılova