AZAL-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları iki aydır maaş almırlar

AZAL-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları iki aydır maaş almırlar

AZAL Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları iki aydır ki, əməkhaqqı ala bilmədiklərini deyirlər.

Bu barədə Arqument.az-a AZAL-dan adının çəkilməsini istəməyən əməkdaş məlumat verib.

O bildirib ki, dekabr və yanvar aylarının əmək haqları kartlara köçürülməyib.

Şikayətçi deyir ki, bununla bağlı edilən müraciətlərə də cavab verilmir: "İki aydır pul vermirlər. Rəhbərliyə deyirik, deyirlər ki, biz yuxarı deyə bilmərik. Heç maaşların nə vaxt veriləcəyi də bəlli deyil."

Arqument.az AZAL QSC ilə əlaqə saxlasa da, "Çağrı mərkəzi"ndən maaşların nə vaxt veriləcəyi ilə bağlı sualı cavablandırmaq səlahiyyətində olmadığını bildiriblər.

Rabitə xidmətindən isə bildirilib ki, şənbə-bazar günləri mühasibatlıq və mətbuat xidməti fəaliyyət göstərmir, yalnız bazar ertəsi əlaqə saxlamaq mümkündür. 

Aviasiya Təhlükəsizliyi Baş İdarəsi 1996-cı ildə yaradılıb və "AZAL” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. 

İdarə öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: aviasiya təhlükəsizliyinin, mühafizə xidmətinin, buraxılış və obyektdaxili rejimin, yanğın təhlükəsizliyinin, qəza-xilasetmə xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının, mülki müdafiənin, xüsusi texniki vasitələrə qulluğun, habelə mülki aviasiya təhlükəsizliyi sahəsində video müşahidənin təmin edilməsi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az