Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib.

Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası çərçivəsində seçkilər keçirilib. Seçkilərdə A.Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib.

A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır. /Trend.az/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az