"Azenco" tikinti şirkətini məhkəməyə verdi

"Azenco" Açıq Səhmdar Cəmiyyəti (ASC) "MAXX Tikinti-Servis" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

 "Azenco" alqı-satqı müqaviləsi üzrə borc tələbi irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Azenco" şirkəti dövlət müəssisəsi olan "Azerenerji” ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

"Report”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az