Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində "Xanoba” və "Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Miq.Az xəbər verir ki, sərəncamla Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində "Xanoba” və "Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az